GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar martın 28-də Urmiya, Ərdəbil və Meşginşəhrdən Güney Türkmənistanda rejimin selə qərq etdiyi bölgələrə azərbaycanlıların humanitar yardımına etdikləri terror hücumlarını kişilik kimi təbliğ etməyə başlayıblar.
İrqçi farsları və onların əlaltısına çevrilən manqurtlaşdırılmış giləklər Azərbaycan türklərinin türkmən dildaşlarına dar ayaqda arxa olmalarına dözə bilməyib, terrorçunun da mənliyinə sığışdırmadığı hərəkətlər edirlər. Onlar ölümlə üz-üzə olan köməksiz insanlara göndərilən humanitar yardıma hücum edib və utanmadan bu işlərini sosial şəbəkələrdə kişilik kimi qələmə verib, Azərbaycan türklərinə hədə-qorxu gəlirlər.
Qeyd edək ki, 2019-cu il martın 28-də Gilan bölgəsində manqurtlaşdırılıb irqçi farsların ideologiyasına qulluğa cəlb edilən giləklər azərbaycanlıların Güney Türkmənistanda sel bölgəsinə göndərdiyi humanitar yardım karvanına hücum ediblər.
Urmiya, Ərdəbil və Meşginşəhrdən sel bölgəsinə göndərilən yardım karvanı Gilanda irqçilərin hücumuna məruz qalıb və yardımın üzrinə örtülmüş maşının çadırı biçaqlanıb. Hücuma isə yük maşınınınn üzərindəki Azərbaycan türkcəsində yazılmış banner səbəb olub.