Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İrqçi farsların “Qanun” qəzeti ana dilinin tədrisi məsələsini tələb edən azərbaycanlı millət vəkillərini hədəf aldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi farsların “Qanun” qəzeti ana dilinin məktəblərdə tədrisi məsələsini tələb edən azərbaycanlı millət vəkillərini tənqid atəşinə tutaraq, onlara hücuma keçib.

Rejimə bağlı olan bu fars irqçilərinin qəzetində dərc edilən materialda hətta rejimin konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edən azərbaycanlı millət vəkilləri 15-ci maddənin məzmununu bilməməkdə günahlandırılıb və iddia edilib ki, guya konstitusiyanın 15-ci maddəsində qeyri-farsların ana dilinin tədrisi yox, onların ədəbiyyatının tədrisi nəzərdə tutulub.

“Qanun” qəzetində dərc edilən materialda azərbaycanlı millət vəkillərinin guya millətçilərin tələsinə düşdüyü idia olunub. İrqçi farsların 40 milyonluq Azərbaycan türkünün ən təbii və insani hüquqlarına belə şovinistcəsinə yanaşması bir daha sübut edir ki, Azərbaycan türk millətinin müstəqillikdən başqa yolu yoxdur və farslar kimi irqçi bir xalqla bir ölkə çəriçivəsində normal təbii hüquqla yaşamaq qeyri-mümkündür.

Qeyd edək ki, dünən irqçi fars rejimin təhsil naziri məclisə çağrılaraq, konstitusiyanın 15-ci maddəsinin nə üçün icra edilmədiyi barədə ona sual verilmişdir.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın