
İrqçi rejimin müstəmləkə siyasətinin nəticəsi: Təbrizin Məqbərətüşşüəra məqbərəsi baxımsız vəziyyətə salınıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Azərbaycanın taixi və mədəni abidələri qəsdən dağıdılmaqdadır.
Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi Məqbərətüşşüəra məqbərəsi də artıq baxımsız vəziyyətə salınıb və hətta sahibsiz itlərin sığınacaq yerinə çevrilib. Halbuki, Məqbərətüşşüəra məqbərəsi Təbriz-2018 Turizm ili üçün tam hazır vəziyyətə gətirilməli idi.
Məqbərətüşşüəra məqbərəsinin bu acınacaqlı vəziyyətini Hafiz, Sədi və s. fars şəhərlərində olan şairlərin məqbərələrinin vəziyyəti ilə müqayisə etməklə Azərbaycanın irqçi fars rejimin necə dəhşətli müstəmləkəçiliyinə məruz qaldığını müşahidə etmək mümkündü.