Çərşənbə axşamı , Noyabr 12 2024
azfa

İrqçi rejimin prezidenti Ruhaninin Azərbaycanı parçalama cəhdinə fəalların etirazı davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi rejimin prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycana səfərində Azərbaycanı parçalamağa cəhd edəcəyinə qarşı fəallar müxtəlif formalarda etiraz ediblər.

Fəallar tərəfindən sosial şəbəkələr və saytlarda rejimə bu məsələlə ilə bağlı xəbərdarlıqlarla yanaşı, bir sıra şəhərlər də şüarlar yazılıb və Azərbaycan türk milləti ümumi etirazlara çağırılıb.

Qeyd olunur ki, irqçi rejimin prezidenti Ruhani Azərbaycana qarşı mühacir kürdlərlə birləşib Azərbaycanın qərb bölgəsini parçalamağı və Azərbaycan ərazisində ikinci kürd vilayəti yəni Şimali Kürdüstan vilayətini yaratmağı planlaşdırır. Bu məqsədlə rejimin prezidenti Qərbi Azərbaycana səfərini Urmiyadan başlamaq yerinə Xoy şəhərindən başlamağı planlaşdırıb. Bu isə Azərbaycan türk millətinin ciddi narazılığı və etirazı ilə qarşılaşıb.

Güney Azərbaycanın Urmiya, Xoy və Salmas şəhərləri ilə yanaşı digər şəhərlərdə də etirazlar davam edir. Ərdəbildə etiraz olaraq fəallar divaralara şüarlar yazıblar. Fəallar o cümlədən “Azərbaycan bir kəlam, Urmiyadır vəssəlam”, “Sən şağırsan gələrəm mən Urmiya”, “Azərbaycan oyaqdı, Urmiyaya dayaqdı” və s. şüarlar yazıblar.

Qeyd edək ki, bu gün Ruhaninin Qərbi Azərbaycana səfəri başlayır.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq …

“İran təkcə farsların yurdu deyil” kitabı çapdan çıxıb

GADTB: Beynəlxalq məsələlər üzrə tanınmış amerikalı ekspert və professor Brenda Şaffer dünən “X” hesabında paylaşım …

Bir cavab yazın