Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi-şovinist Pəhləvi rejiminin süqutunun ildönümü münasibətilə GADTB-nin bildirişi

İran adlanan ölkədə irqçi-işğalçı fars rejimini təmsil edən Pəhləvi şahlıq üsul-idarəsi imperialist İngiltərənin fitnəkarlığı ilə Azərbaycanın türk mənşəli sülalələrini devirmək və türkü məhv etmək məqsədilə hakimiyyətə gətirilmişdir. Türk sülaləsinin hakimiyyətinə son qoyan şovinist Pəhləvi hakimiyyəti Azərbaycan türk millətinin dili və mədəniyyətini qadağan etmiş, tarixini təhrif edərək, varlığını danmış, ən qeyri-insani üsullarla assimilyasiyaya məruz qoymuş və Azərbaycan ərazisini parçalamaqla Azərbaycanı və Azərbaycan türk millətini tamamilə məhv etməyə çalışmışdır.  

Azərbaycanın türk sülalələrinin hakimiyyəti dövründə Azərbaycan dünyada yüksək inkişafa və gücə malik olub, hər sahədə irəli olduğu halda, şovinist Pəhləvi üsul-idarəsi dövründə bütün sahələrdə məqsədli şəkildə geri saxlanıldı. Bunun nəticəsində Azərbaycan türk milləti 1945-ci ildə irqçi-işğalçı fars şovinstlərinin zülmündən qurtarmaq məqsədilə müstəqil Azərbaycan dövlətini yaratmağa çalışdılar. Lakin Pəhləvi sülaləsi xarici imperialist güclərin yardımı ilə Güney Azərbaycanı yenidən işğal edib, Azərbaycan türk millətini soyqırıma məruz qoydu. İrqçi Pəhləvi fars rejimi fiziki soyqırımdan əlavə, Azərbaycan türkcəsində olan türkcə kitabları yandırmaqla Azərbaycan türk millətinə qarşı mənəvi soyqırım da törətdi.

Diktator və şovinist Pəhləvi hakimiyyətinin devrilməsində Azərbaycan türk millətinin azadlıq və istiqlal mübarizəsinin böyük rolu olmuşdur. Lakin irticaçı-şovinist Xomeyni hiyləgərliklə hərc-mərclikdən istifadə edərək, qeyri-insani terror və qətliamla inqilabı mənimsəmiş və Güney Azərbaycanı yenidən fars şovinist və diktator hakimiyyətinin əsarətinə salmışdır.

Qurulan irqçi-fars molla hakimiyyəti şah üsul-idarəsinin antitürk və şovinist siyasətini davam etdirməklə Azərbaycan türk millətini və onun dilini məhv etməyə davam etməkdədir. Hər iki diktator və irqçi Pəhləvi və molla hakimiyyəti bir sikkənin iki üzüdur. Bu iki irqçi və geriçi sistem nə bugünkü dövrün tələblərinə cavab verir, nə də Azərbaycan türk millətinin mənafeyinə uyğundur. Ona görə də, Güney Azərbaycanda türk milləti bu iki diktator və şovinist sistemin hər ikisini rədd edib, yolunu fars rasistlərindən ayırmaqla Güney Azərbaycanın müstəqilliyini qarşıya məqsəd qoyub.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycan türk millətinin haqq səsi olmaqla həm diktator və irqçi molla rejimini, həm də diktator və irqçi Pəhləvi şahlıq üsul-idarəsinin mahiyyətinin və türk düşməni olduğunu bilərək hər ikisini rədd edir və Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmağı özünə şərəf bilir.

 

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə

8.02.2018

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın