Cümə axşamı , Oktyabr 1 2026
azfa

İrqçi və işğalçı fars rejim orta məktəb dərsliklərində türkə və bozqurda nifrət aşılayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim orta məktəb dərsliklərində türkə və türk simvolu olan bozqurda nifrət aşılamağa başlayıb.

Rejimin Təhsil Nazirliyi orta məktəbin II sinfinin (10-cü sinfin) İctimai kimliki dərsliyində yeni dərs əlavə edərək orada türkü və bozqurdu mənfi şəkildə təqdim etməklə türklərə nifrət aşılayır. Dərslikdə türkçülərin simvolu təqdim edilərək yazılır: “Bozqurd simvolu ifratçı Türkiyə millətçiliyinin simvoludur. İslam aləmində pantürkizm və panərəbizm ideologiyası pangermanizm və panislavizm ideologiyasının oxşarıdır və islama ziddir”.

Davamında isə Təbriz və Bakının da daxil olduğu Osmanlının xəritəsi təqdim edilir və türk imperatorluğu irqçilikdə günahlandırılaraq, yazılır ki, Osmanlının islami dəyərləri unudub etnik və milli dəyərlərə üstünlük verməsi onun dağılmasına səbəb oldu.

Türkün, bozqurdun və türk kimliyinin pislənməsinin davamında dərslikdə iranlı kimliyi təriflənərək öyülür: “İranlı xalqlar bu əraziyə bağlıdırlar. Onlar özlərinin başıucalığı və azadlığını ancaq İranda görürlər. İran milləti bütövdür və milli inkişaf, eləcə də milli-islami birlik istiqamətində hərəkət edirlər. Etnik zənginlik ölkəmizin başıucalığı üçün bir fürsətdir”.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın