Cümə axşamı , Oktyabr 1 2026
azfa

İrqşi fars rejimin qeyri-sağlam sistemi QİÇS-ə yoluxan qadınların sayını 10 dəfə artırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars rejimin qeyri-sağlam sistemi ucbatından QİÇS-ə yoluxan qadınların sayını 10 dəfə artıb.

İki il öncədən İranda QİÇS-in yayılmasının əsas yolu cinsi əlaqə olmuşdur. Bir zamanlar bu xəstəliyin nəqli kişi narkomanları arasında 97%, qadın narkomanlar arasında 3% idi. Lakin ötən iki il ərzində cinsi əlaqə ilə xəstəliyə yoluxan qadınların sayı 10 dəfə artıb.

Bu barədə rejim QİÇS Araşdırmalar Mərkəzinin direktoru Minu Möhrəz açıqlama verib.

Onun sözlərinə görə, ölkədə QİÇS virusuna yoluxanların əksəriyyəti 25-40 yaşlılardır. Bu sahədə məlumatlandırmanın zəifliyi, təlimlərin olmaması xəstəliyin artmasına gətirib çıxarıb.

Möhrəz əlavə edib: Cinsi əlaqəyə görə, QİÇS gənclər, xüsusilə də qadınlar arasında artmaqdadır. Bu sahədə cəmiyyəti məlumatlandırmaq səviyyəsi yüksəlməlidir. Çünki yeni xəstələr əsasən ali təhsillidirlər.

QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri deyib: QİÇS infeksiyalı xəstəlikdir və müalicə ilə nəzarətdə saxlamaq olar. Lakin bir çox insan onun adından qorxur. Hal-hazırda QİÇS nəqli əsasən cinsi əlaqə vasitəsi nəticəsində baş verir.

“Bir zamanlar bu xəstəliyin yayılması əsasən narkomanlar arasında idi. Proqramın icra olunması ilə çox yaxşı şəkildə idarə olundu. Belə ki, hazırda İran narkomanlar arasında QİÇS virusunun xəsarətinin azaldılması istiqamətində söz sahibidir” – deyə o bildirib.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın