Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrticaçı fars-molla rejiminin baş örtüyünə etiraz edən öyrənci qızlara qarşı vəhşiliyi narazılıq yaratdı-Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irticaçı fars-molla rejiminin Tehranın Sohanək məntəqəsində Azad İslam Universitetində polisin universitetə girişinə və baş örtüyünə etiraz edən öyrənci qızlara qarşı vəhşiliyi narazılıq yaratdı. Tehranın millət vəkili Əhməd Mazəni məclisdə məsələni qaldıraraq, rejimin polis qüvvələrinin universitetlərə daxil olmasına etiraz edib.  

Qeyd edək ki, irticaçı və irqçi fars-molla rejiminin polisi Tehranın Sohanək məntəqəsində Azad Universitetin tələbə qızları hicablarını açmaq üçün yollara tökülüblər. Aksiyanın dağıdılmasına rejimin Əxlaq Polisi də cəlb olunub. Polislər aksiya iştirakçısından yoldan çəkilməsini istəsələr də onlar, buna razı olmayıb. Polislər maşını qızın üstünə sürüblər, tələbəni təxminən 20 metr sürüyüblər. Baş verənlərin videosunu universitetin tələbəsi Məsih Əlinejad çəkərək İnstagram-da paylaşıb.

Onun yazdığına görə, tələbə qızların 90 faizi baş örtüsünə etiraz edirlər.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın