İşğalçı Ermənistanın Azərbaycan ərazilərində istismar etdiyi qızıl mədənində partlayış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki (Drombon) dağ mədənində partlayış nəticəsində yanğın baş verib.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib.

Bildirilir ki, yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb.

Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.

 

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur

GADTB: Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur. …

Türk Dövlətləri Təşkilatı Avropada toplaşır

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) növbəti qeyri-rəsmi liderlər zirvə görüşünün tarixi məlum olub. Zirvə toplantısı …

Bir cavab yazın