İşğalçı fars rejim azərbaycanlı fəal Kazım Səfabəxşı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il fevralın 24-də Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşı (Koroğlunu) mühakimə edib.

Məhkəmə iclası rejimin Tehran şəhərində İnqilab Məhkəməsinin 28-ci şöbəsində baş tutub.

Heç bir günahı olmayan azərbaycanlı fəal şərlənərək, “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma”da ittiham edilib.

Azərbaycanlı fəalın yaxalanmasından 3 ay keçməsinə baxmayaraq hələ də onun zaminə buraxılması üçün vəsiqə təyin edilməyib.

Qeyd edək ki, “Tehran Traxturçuları”nın lideri kimi tanınan Kazım Koroğlu 2018-ci il noyabr ayının 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən yarış ərəfəsində yaxalanıb və hazırda Tehranın Evin zindanının 4-cü bölməsində saxlanılır.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın