Çərşənbə axşamı , Mart 10 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Səccad Ərlanini bir il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irçi fars rejim azərbaycanlı mədəni fəal Səccad Ərlanini bir il həbsə məhkum etdi. Rejim fəalı şərləyərək, “virtual aləmdə yaydığı xəbərlərə görə ictimai rəyi çaşdırmaqda” ittiham edib.

Azərbaycanlı fəal “Günazsəsi” adlı instagram səhifəsini işlədib və Mərənd şəhərində rejimin polis qüvvələri tərəfindən yaxalanmışdır.

Azərbaycanlı fəala iş açılıb və bu il Azər ayının 12-də telefon əlaqəsi ilə Mərənd şəhərində yerləşən rejimin məhkəmə orqanlarına çağrılıb.

Fəal Azər ayının 13-də vəsiqə girov qoymaqla zaminə buraxılıb və sorğu-suala çəkilib.

Bu gün isə azərbaycanlı fəal 1 il şərti azadlıqdan məhrum edilib. Fəal həmin müddətdə yenə fəaliyyət göstərsə yaxalanıb 1 ildən 2 ilədək indiki 1 illik həbsindən əlavə həbsə məhkum ediləcək.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın