İşğalçı fars rejim azərbaycanlı fəal Səhənd Məalini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il fevralın 24-də azərbaycanlı milli-mədəni fəal Səhənd Məalini Sarab şəhərində yerləşən İnqilab Məhkəməsinə çağırıb.

Rejim azərbaycanlı fəalı şərlənərək, “2018-ci il dekabrın 12-də Sarab şəhərində sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

Azərbaycanlı fəal Səhənd Məali çağırış vərəqəsini aldıqdan sonra məhkəməyə yazılı məktubla müraciət edərək konstitusiyanın 168-ci maddəsinə istinadən öz məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

Qeyd edək ki, 2018-ci il dekabrın 31-də azərbaycanlı fəallar Sarab şəhərində Səhənd Məali, Vəhid Nurəhmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbər rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Fəallar, o cümlədən Səhənd Məali bir neçə gün saxlandıqdan sonra 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Həmçinin yoxlayın

İranın Sepah terror təşkilatı Təbrizdə Azərbaycan konsulluğu qarşısında aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Sepah terror təşkilatı Təbrizdə Azərbaycan …

Azərbaycan Ordusu “azad artsax” “abidəsini” sökdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların …

Bir cavab yazın