Çərşənbə , İyul 29 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Səid Sadiqifəri məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim 2019-cu il yanvar ayının 14-də azərbaycanlı şair və milli-mədəni fəal Səid Sadiqifəri Ərdəbildə yerləşən İnqilab Məhkəməsinə çağırıb.

Fəala göndərilən çağırış vərəqəsinə görə, o 2019-cu il yanvarın 23-də rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

İşğalçı fars rejim azərbaycanlı fəalı şərləyərək, “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Səid Sadiqifər 2018-ci il iyul ayının 2-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Fəal barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılmış və mülki vəsiqə girov qoyduqdan sonra 2018-ci il iyulun 10-da müvəqqəti azadlığa buraxılıb.

 

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …

Bir cavab yazın