Bazar , Oktyabr 25 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Ulduz Qasimini 1 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və şğalçı fars rejimin İnqilab Məhkəməssində dünən noyabr ayının 10-da azərbaycanlı fəal Ulduz Qasimiyə elan ediblər ki, o 2006-cı ildə Güney Azərbaycanın milli qiyamında şəhid edilən Fərzad Əsədpurun məzarı üzərində çıxış etdiyi üçün 1 il həbsə məhkum edilib.

Azərbaycanlı milli-mədəni fəal rejimin məhkəməsi tərəfindən özü, ailəsi və vəkili dəfələrlə zəng edilib təhdid etdildikdən sonra məhkəməyə müraciət edib.

Rejimin məhkəməsində hakim Səbrəli Çabuk bildirib ki, U.Qasimi məhkəməyə müraciət etmədiyi üçün onun haqqında qiyabı həbs hökmü çıxarılıb. Həbsdən amelyasiya məhkəməsinə şikayət etmək imkanı var.

Qeyd edək ki, zərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi milli-mədəni fəaliyyətləri ilə bağlı dəfələrlə rejimin məmurları tərəfindən yaxalanıb və təzyiqlərlə qaşılaşıb.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın