Bazar , Sentyabr 13 2026
azfa

İşğalçı fars rejim qurutduğu Urmiya gölünü Avropa İttifaqının bərpa etməsini istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı rejimin məclisində kənd təsərrüfatı komissiyasının sədri Əhməd Əli Keyxa Tehranda keçirilən İran və Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı seminarda Avropa İttifaqının Urmiya gölünü bərpa etməsini istəyib. O deyib ki, Urmiya gölünün bərpası qlobal əhəmiyyətə malikdir. Buna görə bu istiqamətdə investisiya qoyuluşu zəruridir.

Onun sözlərinə görə, gölün bərpası istiqamətində Avropa İttifaqı İranda sudan az istifadə olunan məhsulların yetişdirilməsi ilə əlaqədar investisiya yatıra bilər:

“İranın kənd təsərrüfatı texnologiyalarına ehtiyacı var. Bu texnologiya Avropa ölkələrində mövcuddur. Parlament Aİ ilə İran arasında ticarət maneələrinin aradan qaldırılmasına tam hazırdır. İranın Lorestan vilayətində minimum xərclərlə 6 min ton qızılala balığı yetişdirilir. Eyni zamanda, Buşehr vilayətində 150 min hektardan çox ərazidə krevetka (kiçik dəniz xərçəngi) yetişdirilir”.

Qeyd edək ki, son aylar Urmiya gölünün su səviyyəsi daha da azalıb.

Statistikaya əsasən, sentyabrın 23-dək göldə səviyyə 1270,27 metr olduğu halda, su səviyyəsi hazırda 0,02 fazi azalıb.

Urmiya gölünün ərazisi hazırda 1698,64 kvadrat-kilometrdir. Halbuki 1722,87 kvadrat-kilometr olub və 24,23 kvadrat-kilometr azalıb.

Qeyd edək ki, Urmiya gölündə suyun həcmi ötən ayda 1,01 milyard kub-metr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 0,02%, ümumilikdə isə 15,07% azalıb.

 

Həmçinin yoxlayın

Siyamək Mirzəiyə Ərdəbil həbsxanasında bölmələrin tez-tez dəyişdirilməsi ilə təzyiq davam edir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəi həbsinin üçüncü ayında Ərdəbil Mərkəzi Həbsxanasının siyasi məhbusların saxlanıldığı 7-ci …

CENTCOM: Son 60 gündə 100 ticarət gəmisinin marşrutu dəyişdirilib; heç bir gəmi ABŞ-ın icazəsi olmadan blokadadan keçməyib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, qüvvələri son 60 gün ərzində, ABŞ-ın İrana qarşı …

Bir cavab yazın