Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İşğalçı fars rejim Traxturun yarışında azərbaycanlı fəallar Səid Sərahi və Adnan Əzizini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim aprelin 19-da Təbrizdə Traxtur futbol komandası ilə Peykan komandasını səhənd stadionunda yarışından sonra azərbaycanlı tərəfdarlara hücum edərkən, azərbaycanlı fəallar Səid Sərahi və Adnan Əzizini yaxalayıb.

Azərbaycanlı fəallardan Səid Sərahi Culfadan  və Adnan Əzizi Makı şəhərindəndi.

Yarış bitdikdən sonra stadionu tərk edərkən yaxalanan Səid Sərahi rejimin Təbrizdə yerləşən zindanına köçürülüb. Digər fəal barədə heç bir məlumat verilmir.

Yaxalanan adları çəkilən Traxtur tərəfdarlarının ailə üzvləri məhkəməyə müraciət edərək onların hansı səbəbdən yaxalandığı ilə maraqlanıblar. Lakin rejimin məhkəmə orqanları onlara qaneedici cavab verməyiblər.

 

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın