Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İşğalçı fars rejimin məmurları azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin məmurları Urmiya şəhərində azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni yaxalayıb.

Azərbaycanlı əallar Rza Cəfərlu və Əkbər Quluzadənin Urmiyada rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilir.

Azərbaycanlı fəallar 2018-ci il dekabr ayının 8-də axşam saatlarında yaxalanıb. Lakin bu barədə xəbər yenicə xəbər yayılıb.

Hələlik azərbaycanlı fəalların nə səbəbə görə yaxalandığı və harada saxlanması barədə məlumat yoxdur. Rza Cəfərlu və Əkbər Quluzadənin ailəsinin onların vəziyyəti barədə məlumat əldə edə bilməmələri narahatlığa səbəb olub.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın