Cümə axşamı , Mart 28 2024
azfa

İşğalçı fars rejimin Xoy Şəhərində ETTELAAT İdarəsi azərbaycanlı fəalların mobil telefonlarını oğurlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Xoy Şəhərində ETTELAAT İdarəsi prokurorunun qərarına məhəl qoymadan azərbaycanlı fəal Cavad Əhmədi Yekanlının mobil telefonnu qaytarmaqdan imtina edib.

Rejimin Xoy şəhərinin məhkəməsindəki prokuroru azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlının öz mobil telefonunu təhvil almaqla bağlı tələbi ilə razılaşıb. Fəal noyabrın 28-də rejimin bu şəhərdəki ETTELAAT İdarəsinə müraciət edib. Lakin o məmurların təhqiramiz rəftarları ilə qarşılaşaraq, döyülüb. Məmurlar mobil telefonu təhvil vermədən fəalı döyüb idarədən uzaqlaşdırıblar.

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı prokurorluğa yazdığı məktubda mobil telefonunda xüsusi məlumat olmadığını və səbəbsiz yerə zəbt olunduğunu qeyd etmişdir.

İllər öncə mərhum İbrahim Cəfərzadənin dəfn mərasimində yaxalanan onlarla fəalın da mobil telefonları heç zaman onlara qaytarılmamışdır.

Rejimin ETTELAAT məmurları faktiki olaraq yaxaladıqları azərbaycanlı fəalların mobil telefonlarını alıb və zorla mənimsəyirlər. Buna isə oğurluqdan başqa ad vermək mümkün deyildir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın