Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İşğalçı fars vrejimi və ounun müxalifəti Güney Azərbaycanla bağlı qorxuya düşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin ideoloqlarından biri Tehran Universitetinin siyasi elmlər üzrə professoru Sadiq Zibakəlam rejimin Azərbaycandan qorxusuna etiraf edib. O deyib: Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız kürd məsələsi deyil, Azərbaycanda da problem yaşanacaq.

O, İranda hökumətin çökəcəyi təqdirdə Güney Azərbaycanda bir çox problemin yaşanacağını proqnozlaşdırıb:

“Ona görə ki, orada millətçilik düşəncəsi geniş şəkildə yayılıb. Ölkədə mədəni tələblər təmin olunmadığı üçün siyasi inkişafımız da yoxdur. Misal üçün, 1979-cu ildə sünnilər var gücləri ilə inqilaba qoşuldular. Lakin yanlış siyasətlərin tətbiqi nəticəsində sünni bölgələrində kin və nifrət yaranıb. Buna Sistan və Bəlucistan, həmçinin Xuzistanı misal kimi göstərmək olar.

1979-cu il inqilabında hamı şaha qarşı birləşmişdi, bütün etirazçılar Ayətullah Xomeynidən söz eşidirdi. Lakin indi hökumətə qarşı etiraz edənlərin hər birinin fərqli hədəfi var. Bu məsələlər vəziyyəti mürəkkəbləşdirib, ona görə də narahatam. Sabitlik pozularsa, biz irəli getməyəcəyik, vəziyyət daha da pisləşəcək. Hökumət üçün ciddi problem yaransa, Amerika Birləşmiş Ştatları hücum etsə və ya əhali baş qaldırsa, heç bir şəkildə bizim inkişafımıza yol açılmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti oxşar açıqlama verərək bildirmişdi ki, ana dilində təhsil azərbaycanlıların əsas tələbidir. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi sual altında olacaq.

 

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın