Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İsmayıl Baran: Türk dünyası bir olduğu təqdirdə heç bir güc onun qarşısında dura bilməz

Türk dünyası bir olduğu təqdirdə heç bir güc onun qarşısında dura bilməz. Düşmənə qarşı birgə mübarizə aparılmalıdır. Türkiyə və Azərbaycan birliyi bu baxımdan digər ölkələr üçün nümunədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli şəhər Körfəz rayon bələdiyyəsinin sədri İsmayıl Baran bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman çətin zamanlarda Türkiyənin yanında olub. Azərbaycan Çanaqqaladan başlayaraq bu gün davam edən Afrin əməliyyatına qədər bütün məsələlərdə Türkiyəyə dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev dəfələrlə rəsmi Bakının qardaş Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib. Bu cür birliyin olması türk dünyasını istəməyən güclərin bizə qarşı təxribatçı əməllərinin reallaşmasına imkan verməyəcək.

Türkiyənin Xocalı soyqırımını heç zaman unutmadığını və unutmayacağını deyən İsmayıl Baran vurğulayıb ki, gələcək nəslin yaddaşında əbədi həkk olunması üçün Körfəz bələdiyyəsi soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıb.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın