Cümə , Aprel 19 2024
azfa

İsrail İrana müharibə barədə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin İrana müharibə ilə bağlı xəbərdarlıq etdiyi bildirilir.

İsrailin Baş Qərargah rəisi Əviv Koçavi nüvə alimi Möhsün Fəxrizadənin ölümündə ölkəsini ittiham edən İranı hücumda günahlandırıb.

Bildirib ki, son zamanlarda İranın İsrailə qarşı təhdid mesajları çoxalmağa başlayıb.

“İran və onun radikal bucağındakı ortaqları İsrailə qarşı hər hansı fəaliyyət göstərsə, bunun cavabı çox ağır olacaq. İsrail ordusu ölkəyə qarşı hər hansı hücuma ortaq olanlara bütün qüvvəsi ilə cavab verəcək. Bu hücumlara veriləcək cavab və planlar hazırdır”, – Baş Qərargah rəisi qeyd edib.

Xatırladaq ki, M.Fəxrizadə 27 noyabrda Tehranda sui-qəsdə məruz qalmışdı.

İrqçi fars rejimin prezidenti Həsən Ruhani terrorçu sepaha bağlı alimin öldürülməsində İsrailin əli olduğunu iddia etmiş və zamanı gələndə cavab verəcəklərini bildirmişdi.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın