Cümə axşamı , Oktyabr 1 2026
azfa

Ərdəbildə Azərbaycanlı fəallardan rejimə xəbərdarlıq: “Abbas Lisaninin həyatına təhlükə Azərbaycan xalqının qəzəbini oyatmaqdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində bir piyada keçidinin üzərindən “Abbas Lisaninin həyatına təhlükə Azərbaycan xalqının qəzəbini oyatmaqdır” yazılmış plakard asamaqla azərbaycanlı siyasi məhbusun həyatına qarşı təhlükə ilə bağlı xəbərdarlıq etmişlər.

Bu şəkildə Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəallar rejimin Ərdəbildəki zindanının 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisaninin koronovirusa yoluxdurduğu və sağlamlığının təhlükəyə düşməsini diqqətə çatdıraraq ona azadlıq tələb ediblər.

Qeyd edək ki, koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salmasına baxmayaraq, rejimin onların müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda bu istiqamətdə etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit, divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın