Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İsrail İranın aviabazasını bombaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail ordusu Suriyanın Hüms vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.

Bu barədə Suriyanın dövlətə məxsus SANA agentliyi məlumat yayıb.

Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər isə yaralanıb.

Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Raketlərin bazada uçuş-enmə zolağına dəydiyi bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullaha silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …