Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İstanbulda terror partlayışı ilə bağlı bildirilişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi İstanbulda xaincəsinə törədilən terror partlayışını pisləyib və həmin terror partlayışı nəticəsinə həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayıb.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadənin başsağlığı mesajının bir hissəsində deyilir: “İstanbulda törədilən terror partlayış bizi də dərindən sarsdı. Bu xaincəsinə törədilən terror aktını qətiyyətlə pisləyir və terror əməlini törədənlərin tezliklə öz cəzalarını alacaqlarını ümid edirik. Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq Türkiyə Prezidenti, böyük Türk Dövləti və Millətinə və terror əməli nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara  acil şəfa diləyirik”.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …