Çərşənbə , Oktyabr 14 2026
azfa

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik qurumları mövcud vəziyyəti “böyük gərginlik nöqtəsi” kimi qiymətləndirir və İranla qarşıdurmanın yenidən şiddətlənməsi ehtimalına hazırlaşırlar.

Molla rejimin danışıqların tam dalana dirənməsi və ya Tehrana qarşı hər hansı planın hazırlandığını düşünməsi halında qabaqlayıcı addım ata biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

İsrailin təhlükəsizlik xidmətlərindən bir mənbə sözügedən mediaya bildirib: “Vəziyyət həssas və dəyişkəndir və hadisələr nəzarətdən çıxa bilər.” Mənbə həmçinin Tehranının hazırkı şəraitdə danışıqlarda güzəştə getməyə o qədər də hazır olmadığını qiymətləndirib.

Məlumata görə, İsrailin təhlükəsizlik qurumları böhranın daha da dərinləşməsi halında İran İslam Respublikasının ilk növbədə bölgədəki ABŞ maraqlarını hədəfə ala biləcəyini ehtimal edir. Bununla yanaşı, hücumların İsrailə də genişlənməsi ehtimalı onların hesablamalarında nəzərə alınır.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …