Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

“Elektra” tamaşasının dramaturqu: Təbriz teatrının dili türkcə olub

GADTB: Türkcə səhnələşdirilən “Elektra” tamaşasının dramaturqu Mehdi Vəlizadə Fərd Təbrizdə teatr dilində baş verən dəyişikliklərə toxunaraq bildirib: “Son illərdə Təbriz teatrının dili dəyişib və bu gün türkcə şəhərin teatr məhsullarında mühüm yer tutur. Halbuki təxminən 15 il əvvəl əsərlərin böyük hissəsi fars dilində səhnələşdirilir, yalnız bəzi hallarda türkcə tamaşalara rast gəlinirdi.”

Vəlizadə Fərd dil və teatr arasındakı münasibətdən danışarkən deyib: “Dil haqqında bir yanlış anlaşılma var; dil ilk növbədə tamaşaçı ilə ünsiyyət vasitəsidir.”

O, Haydeggerin dilə dair fikirlərinə istinad edərək əlavə edib: “Dil varlığın evidir.”

Onun sözlərinə görə, teatr dilində baş verən dəyişiklik və tamaşaçıların türkcə tamaşalara maraq göstərməsi daha çox rejissorun teatr əsərlərinin hazırlanmasında ana dilindən istifadəyə yönəlməsinə səbəb olub.

Mehdi Vəlizadə Fərd türkcə “Elektra” tamaşasının hazırlanması prosesi barədə deyib: “Əsərin quruluşu səhnə nümayişi üçün dəyişdirilib və mətndə ixtisarlar aparılıb, lakin hekayənin mahiyyəti qorunub saxlanılıb.”

O əlavə edib: “Bu əsər klassik yanaşma ilə səhnəyə qoyulur və klassik faciənin əsas xüsusiyyətlərinin yekun tamaşada qorunmasına çalışılıb.”

“Elektra”nın dramaturqu bu layihənin yeniliyinin klassik faciənin seçilməsində olduğunu bildirərək deyib: “Klassik faciəni bütün çətinlikləri və özünəməxsus xüsusiyyətləri ilə səhnəyə gətirmək özü də yeni bir təcrübədir.”

O sözlərinə belə davam edib: “Türk dilinin klassik faciə ilə necə uzlaşacağı və hansı çətinliklər yaradacağı suallarının cavablarını yalnız məqalə və araşdırmalarda tapmaq mümkün deyil. Bu suallara yalnız səhnə cavab verə bilər.”

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …