Cümə axşamı , Fevral 12 2026
azfa

İsrail irqçi fars rejimin SEPAH qüvvələrinin Qüds qanadının bazalarını bombaladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2018-ci il noyabrın 29-u axşam saatlarında İsrail qırıcıları Suriyada yerləşən irqçi fars rejimin SEPAH qüvvələrinin Qüds qanadının bazalarını bombardman edib.

Rejimin hərbi bazalarına Dəməşqdə və Suriyanın cənubunda yerləşən “Əl-Kusuh” məntəqəsindəki hərbi mövqelərinə və onların silah anbarlarına hava zərbələri endirib. Bir saat davam edən hücum nəticəsində bir neçə silah anbarı, eləcə də İrana bağlı onlarla hərbi muzdlu məhv edilib.

Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarına qarşı geniş atəş açsa da, İsrail atılan raketlər qırıcılara dəymədiyini bildirib.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın