Cümə axşamı , Noyabr 12 2026
azfa

İsrail ordusundan təcili xəbərdarlıq: Təbrizin qərbindəki sənaye zonasının boşaldılması istənilib

GADTB: İsrail Müdafiə Qüvvələrinin sözçüsü yayımladığı açıqlamada Təbriz şəhərinin qərbində yerləşən sənaye zonasındakı şəxslərə təcili xəbərdarlıq edib və ərazinin dərhal tərk edilməsini istəyib.

Məlumata görə, xəritədə qırmızı rənglə göstərilən əraziyə yaxın olan bütün şəxslərə həmin bölgəni dərhal boşaltmaq çağırışı edilib. Açıqlamada bildirilir ki, İsrail ordusu son günlərdə Tehran ətrafında İranın hərbi infrastrukturuna qarşı həyata keçirdiyi əməliyyatlara bənzər fəaliyyətləri yaxın saatlarda bu ərazidə də həyata keçirə bilər.

Sözçü qeyd edib ki, vətəndaşların təhlükəsizliyi üçün göstərilən zonadan dərhal uzaqlaşmaları vacibdir. Bildirilib ki, həmin ərazidə qalmaq insanların həyatını ciddi təhlükə altına sala bilər.

Həmçinin yoxlayın

Urmiya Bələdiyyəsi Süngünün Mis kmandasını məğlub etdi – Video

GADTB: Azərbaycan Bələdiyyəsi (Urmiya) komandası Təbrizin Şəhid Şərifi idman zalında keçirilən maraqlı qarşılaşmada Süngünün Mis …

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …