Cümə axşamı , Sentyabr 17 2026
azfa

Tramp Hömüz boğazı ilə bağlı İrana xəbərdarlıq etdi: ABŞ Xarq adasında bütün hərbi hədəfləri məhv etdi

GADTB: Bu gün ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı İrana sərt xəbərdarlıq etdi. O, İranın Xarq adasındakl hərbi hədəflərə genişmiqyaslı zərbə endirildiyini açıqlayıb.

Tramp “Truth Social” platformasında paylaşdığı bəyanatda bildirib ki, onun göstərişi ilə Yaxın Şərq tarixində ən güclü bombardman əməliyyatlarından biri həyata keçirilib və adadakı bütün hərbi hədəflər məhv edilib.

ABŞ prezidenti qeyd edib ki, əməliyyat zamanı neft infrastrukturu qəsdən hədəfə alınmayıb. Onun sözlərinə görə, ABŞ bunu “ədəb-ərkan qaydalarına görə” etməyib.

Tramp eyni zamanda xəbərdarlıq edib ki, əgər İran və ya başqa bir tərəf Hörmüz boğazı vasitəsilə gəmilərin sərbəst və təhlükəsiz hərəkətinə mane olarsa, Vaşinqton bu qərarı yenidən nəzərdən keçirə bilər.

ABŞ prezidenti bəyanatında həmçinin bildirib ki, İranın ABŞ-ın hərbi əməliyyatlarına qarşı durmaq imkanları yoxdur və Tehran heç vaxt nüvə silahına sahib olmayacaq.

Video:

https://t.me/GADTB1/50344

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …