Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İsrail qırıcıları İran sərhədinə qədər hücum məşqi edib

GADTB: “Foks Nyus” telekanalı oktyabrın 21-i, çərşənbə günü səhər saatlarında xəbər verib ki, İsrail qırıcıları ölkədə parlament seçkilərinin keçirilməsinə bir həftə qalmış Suriya və İraq səmasında “İrana doğru hava dəhlizi” adlandırılan marşrut üzrə hərbi təlim keçiriblər.

Əməliyyat çərçivəsində onlarla İsrail qırıcı təyyarəsi və yanacaqdolduran təyyarə Suriya və İraq hava məkanından keçərək İran sərhədinə doğru təxminən 800 mil (təxminən 1300 km) məsafə qət edib və daha sonra geri qayıdıb.

Uçuş marşrutu İrana qarşı potensial zərbə ssenarisini əks etdirib.

İsrail tərəfi hərbi təlim və İranı çəkindirmək məqsədi daşıyan güc nümayişi olduğu barədə ABŞ-ıni əvvəlcədən məlumatlandırıb.

Təlim Benyamin Netanyahunun Donald Trampla telefon danışığından bir gün sonra baş tutub. Netanyahu həmin danışıq zamanı kameralar qarşısında Trampa deyib: “Başladığımız işi başa çatdırmalıyıq”.

İranın dövlət mediası son iki həftə ərzində dəfələrlə “düşmənə” məxsus qırıcıların və hərbi təyyarələrin İraq səmasında uçuşlar həyata keçirdiyini xəbər vermişdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …