Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Mehrdad Qadirini Təbrizdə həbs edib

GADTB: Azərbaycanlı milli fəal Mehrdad Qadiri oktyabrın 21-də, çərşənbə günü, yerli vaxtla saat 11 radələrində molla rejimin təhlükəsizlik qüvvələrinin Təbrizdə onun iş yerinə basqını nəticəsində həbs olunaraq naməlum yerə aparılıb.

Fəalın həbsinin, ehtimal ki, onun və bir sıra digər azərbaycanlı milli fəalların barələrində çıxarılmış həbs hökmlərinin icrası ilə əlaqədar yaxın vaxtlarda məhkəməyə çağırılmaları ilə bağlı olduğu bildirilir.

Daha əvvəl Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi Mehrdad Qadirini “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 7 ay, “Demokratlar qrupuna üzvlük” ittihamı ilə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qadiri 2023-cü ilin sentyabrında Yürüş Mehrəlibəyli, Əli Babayi, Davud Şiri, Araz İbrahimnejad, Əmirhüseyn Ağayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hamed Yeganəpur, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcu adlı digər 12 azərbaycanlı milli fəalla birlikdə “Demokratlar qrupunu yaratmaq və həmin qrupa üzv olmaq” ittihamı ilə həbs edilmişdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …