Şənbə , Aprel 19 2025
azfa

İsrail rəsmisi: “İranın nüvə proqramını pozmaq üçün məhdud zərbə endirilə bilər”

GADTB: Adı açıqlanmayan İsrail rəsmisi “Reuters” agentliyinə bildirib ki, Təl-Əviv Tehranın nüvə proqramını dayandırmaq məqsədi ilə İrana məhdud hücumun həyata keçirilməsini istisna etmir.

O, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı mövqeyinə toxunaraq deyib: “Netanyahu təkid edir ki, İranın nüvə proqramının ləğvi ilə bağlı istənilən razılaşma bu proqramı tamamilə dayandırmalıdır”.

İsrail rəsmisi sonda vurğulayıb ki, “Təl-Əviv İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır”. /Azad İran

Həmçinin yoxlayın

Fox News Trampın hərbi hədəsinin Xameneyini danışıqlar masasına oturtdiğimi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Fox News” İran rəhbəri Əli Xameneyinin ABŞ prezidenti …

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …