Bazar ertəsi , Avqust 31 2026
azfa

İsrailin Güney Azərbaycan və İran şəhərlərində İran hədəflərinə hava zərbələri endirdiyi bildirilir

GADTB: Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərində güclü partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Məlumatlara görə, Təbriz, Urmiya, Tehran, İslamşəhr, İsfahan, Nəcəfabad, Xomeynişəhr, Qürvə və digər yaşayış məntəqələrinin sakinləri səhər saat 04:39–04:45 radələrində ardıcıl partlayış səsləri eşitdiklərini bildiriblər.

Şahidlərin sözlərinə görə, bəzi ərazilərdə partlayış dalğaları binaların titrəməsinə səbəb olub, gecə sakitliyi güclü səslərlə pozulub və çoxsaylı sakinlər yuxudan oyanıblar. Tehranın qərb hissəsində, İslamşəhrdə və Nəcəfabadda bir neçə ardıcıl partlayışın baş verdiyi qeyd olunur.

Yayılan məlumatlarda bildirilir ki, İranın İsrailə raket hücumlarından sonra İsrail tərəfindən İran ərazisindəki bəzi hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib.

İsrail Ordusunun sözçüsü də açıqlamasında Iran ərazisindəki hədəflərə qarşı əməliyyatların başlandığını bildirib.

Hazırda hadisələrin miqyası, hədəflərin dəqiq xarakteri və mümkün itkilərlə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib. Münaqişə şəraitində yayılan ilkin məlumatlar sonradan dəyişə və ya dəqiqləşdirilə bilər.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …