Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” olduqlarını bildirib və əsas fikir ayrılıqlarının böyük problem yaratmadığını qeyd edib.

Trampın sözlərinə görə, İran nüvə silahına malik olmayacağını qəbul edib. Lakin Vaşinqton yalnız nüvə silahının hazırlanmasının deyil, həm də onun satın alınmasının, əldə edilməsinin və ya başqa yolla sahiblənilməsinin qadağan edilməsini istəyir.

O bildirib: “Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Bir neçə məsələ qalıb və onlar da böyük problemlər kimi görünmür.”

O əlavə edib ki, ilkin layihədə yalnız nüvə silahının hazırlanmayacağı qeyd olunmuşdu, lakin bunun kifayət etmədiyini düşünərək mətnə əlavə düzəliş edilməsini tələb edib:

“Mən dedim ki, əgər onlar nüvə silahını özləri hazırlamasalar, amma gedib alsalar və ya başqa yolla əldə etsələr nə olacaq? Buna görə də sənəddə yalnız hazırlamaq deyil, almaq, əldə etmək və ya sahiblənmək də qadağan edilməlidir.”

Trampın sözlərinə görə, İran tərəfi əvvəlcə bu məsələyə müəyyən etiraz göstərsə də, sonradan geri çəkilib:

“Bir qədər müqavimət göstərdilər, sonra isə artıq göstərmədilər.”

Bu açıqlamalar Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı müzakirələrin davam etdiyi və tərəflərin bəzi əsas məsələlər üzərində hələ də danışıqlar apardığı bir vaxtda səsləndirilib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …