Çərşənbə , Aprel 24 2024
azfa

İsrailin öldürdüyü Sepah polkovnikinin kürd terrorçuları və narkotik qaçaqmalçıları ilə əlaqəsi olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin öldürdüyü Sepah polkovnikinin kürd terrorizmi və narkotik qaçaqmalçıları, eləcə də şirkli pulların yuyulmasını həyata keçirən terrorçu kürdlər və s. terrorçularla əli olub.

Eyni zamanda mayın 22-də Tehranın mərkəzi küçələrindən birində qətlə yetirilən sepah polkovniki Həsən Səyyad Xudayarinin ötən ilin sentyabrında Kiprdə həbs edilərək göndərilən azərbaycanlı qatillə əlaqəsi olub. Bu barədə İsrail kəşfiyyatı məlumat yayıb.

Qeyd olunur ki, O.Əsədov Xudayarinin sifarişi ilə israilli iş adamlarını aradan götürməli idi.

Həmçinin məlum olub ki, Xudayari iki il əvvəl ABŞ bombardmanı ilə öldürülən SEPAH-ın Qüds briqadasının komandanı general Qasım Süleymaninin sağ əli olub.

Qeyd edək ki, insident mayın 22-də bazar günü günortadan sonra Tehranın mərkəzində baş verib.

İlkin məlumatlara görə, söhbət sifarişli qətldən gedir. Ən azı iki icraçı olub. Silahlılar motosikletlə hərəkət ediblər. Onlar 50 yaşlı SEPAH zabitinin olduğu avtomobilə yaxınlaşaraq atəş açıblar. Polkovnikə təxminən beş güllə atılıb. O, aldığı yaralardan yerindəcə keçinib. Qatillər qaça biliblər. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. SEPAH bu hadisəni terror hücumu kimi qiymətləndirib. “Mehr” xəbər agentliyinə istinadla qurumun bəyanatında deyilir ki, qətl “antiinqilabçı ünsürlər” tərəfindən həyata keçirilib.

“Fars” xəbər agentliyi yazıb ki, “sionist rejim”lə əlaqəsi olan bir neçə nəfər həbs edilib.

İsrail mediası polkovnik Səyyad Hudayarinin İsrail vətəndaşlarına və xaricdəki İsrail hədəflərinə qarşı hücumların planlaşdırılması və hazırlanmasından məsul olduğunu bildirir.

Öldürülən polkovnikin Kiprdə həbs edilən azərbaycanlı qatil Orxan Əsədovla əlaqəsi olduğu da bildirilir. Keçən ilin sentyabrında Kiprin xüsusi xidmət orqanları milyarder Tedi Saqi də daxil olmaqla, ölkədəki yəhudi iş adamlarını məhv etmək üçün göndərilmiş Rusiya pasportlu 38 yaşlı azərbaycanlı Əsədovu həbs ediblər. Daha sonra onun bir neçə şəriki həbs edilib. Həmin vaxt İsrail hökuməti, o cümlədən müdafiə naziri Benni Qantz bildirib ki, İran kəşfiyyat orqanlarının Kiprdə yəhudi iş adamlarına qarşı planlaşdırdığı terror aktının qarşısı İsrail kəşfiyyat orqanları tərəfindən alınıb.

İsrail mediasında yer alan məlumatlara görə, Orxan Əliyevin mobil telefonunda Hizbullahla bağlı videolar olub. Onun Rusiyada “Hüseynçilər” təşkilatına mənsub olduğu bildirilir. Kipr polisi terror planının qarşısının son anda alındığını açıqlayıb. O.Əsədov Kiprə sentyabrın ortalarında Rusiyadan təyyarə ilə gedib, dəfələrlə adanın şimal hissəsinə keçib və geri qayıdıb. Növbəti dəfə nəzarət-buraxılış məntəqəsini keçib adanın yunan hissəsinə daxil olanda həbs olunub. Onun Moskvada meyvə-tərəvəz ticarəti və taksi fəaliyyəti ilə məşğul olduğu deyilirdi.

İndi məlum olub ki, Kiprdə israilli iş adamlarına hücumun arxasında məhz polkovnik Xudayari dayanıb.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …