Cümə , Aprel 26 2024
azfa

Tibbi məzuniyyətdə olan Abbas Lisani məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tibbi məzuniyyətdə olan Abbas Lisani məhkəməyə çağırılıb. Bununla bağlı mayın 23-də məhkəmənin elektron sistemi vasitəsilə Abbas Lisaniyə çağırış mesajı göndərilib.

Məhkəmənin çağırış mesajında bildirilib ki, o 5 gün içində tibbi ekspertizaya göndərilməsi üçün Ərdəbildəki İnqilab Məhkəməsinin Qərarların İcrası şöbəsində müraciət etməlidir.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani fevralın 13-də üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra cərrahi əməliyyat və müalicə olunmaq üçün 6 aylıq tibbi məzuniyyətə göndərilib. Onun məzuniyyət müddətinin bitməsinə isə 3 ay qalır.

Azərbaycanlı siyasi məhbusun məzuniyyət müddətinin bitmədiyi halda onun dosiyesinin yenidən tibbi ekspertizaya göndərilməsi barədə hər hansı dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşmışdı.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …