Çərşənbə , Noyabr 11 2026
azfa

İsrailin sabiq baş naziri: İranla müharibə zamanı internetə çıxışın davamlılığını təmin etməli idik

GADTB: “Ynet” nəşrinin məlumatına görə, İsrailin sabiq baş naziri Naftali Bennett İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, İsrailin İran İslam Respublikası hakimiyyətini devirmək imkanları var.

Bennett qeyd edib: “Heç bir şübhə yoxdur ki, mühüm bir fürsət əldən verildi. Çünki Netanyahu hökuməti İrana hücumdan əvvəl zəruri hazırlıq işlərini görməmişdi.”

O əlavə edib ki, görülməli olan tədbirlərdən biri də İranda internetə çıxışın fasiləsiz qalmasını təmin etmək idi.

Bennettin sözlərinə görə: “İranda hər dəfə etiraz dalğası başlayanda internet kəsilir. Bu isə etirazların zəifləməsinə səbəb olur, çünki insanlar artıq bir-biri və xarici dünya ilə əlaqə saxlaya bilmirlər.”

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …