Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı şöbəsinin qərarı ilə “milli təhlükəsizliyə qarşı əlbir olmaq və sövdələşmə” ittihamı əsasında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əldə olunan məlumata görə, Araş Mirzayi 2026-cı il deyin 14-də molla rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və beş gün sonra girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, onun barəsində 3 illik həbs hökmü 2026-cı ilin iyun ayının sonlarında çıxarılıb. Həmçinin Araş Mirzayinin bir neçə digər məhkəmə işi də mövcuddur. O, başqa bir iş üzrə məhkəməyə müraciət etdiyi zaman bu hökmün çıxarıldığını öyrənib.

Son illərdə fəalların və vətəndaşların “milli təhlükəsizliyə qarşı əlbir olmaq” kimi ittihamlarla saxlanılması və həbs cəzalarına məhkum edilməsi beynəlxalq insan hüquqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub. Həmin təşkilatlar bildirirlər ki, ifadə azadlığı və dinc vətəndaş fəaliyyəti kimi fundamental hüquqlardan istifadə edən şəxslərə qarşı təhlükəsizlik ittihamlarının irəli sürülməsi İranın beynəlxalq öhdəlikləri ilə uyğunluq təşkil etmir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …