Cümə , Fevral 21 2025
azfa

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

GADTB: İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir.

Tədbir Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil edilir.

Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın sədrliyi ilə keçirilən açılış mərasimində Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Xarici Əlaqələr komitələrinin sədrləri və nümayəndələri, eləcə də digər türk təşkilatlarının rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Fuat Oktay Türk dünyasının 175 milyonluq gənc və dinamik əhaliyə sahib olduğunu deyib.

Bildirilib ki, türkdilli ölkələrin qlobal səviyyədə ticarət həcmi 1,3 trilyon dollar olduğu halda, qarşılıqlı ticarət rəqəmi 42 milyard ABŞ dolları təşkil edir.

Oktay deyib ki, Azərbaycanın öz vətənini erməni işğalından azad etməsi nəticəsində Cənubi Qafqazda yaranmış tarixi fürsət regionda daimi sülhün, sabitliyin və rifahın təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Oktay Suriyanın sabitliyi və ərazi bütövlüyü üçün yeni Dəməşq rəhbərliyinə dəstək verilməsi və sanksiyalara son qoyulmasına çağırıb.

Oktay Qəzza xalqı üçün verilən bəyanatların qəbuledilməz olduğunu bildirərək, “Fələstinlilərin öz vətənlərindən üçüncü ölkələrə deportasiya edilməsinə yönəlik bəyanatları və cəhdləri qətiyyətlə rədd edirik” deyib.

Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən təmsil olunur.

Açılış mərasimində çıxış edən Səməd Seyidov belə yüksəksəviyyəli görüşlərin ortaq maraqların qorunması, beynəlxalq arenada daha güclü təmsilçilik və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu vacib təşəbbüsün ideya müəllifinin Azərbaycan Prezidenti İlham Əliyev olduğunu, dövlət başçısının Türk dünyasının həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın yeni səviyyəyə qaldırılması istiqamətində strateji addımlar ataraq, bu formatın yaranmasına xüsusi önəm verdiyini deyib.

Digər çıxışçılardan sonra tədbir qapalı şəraitdə davam edib.

İki gün davam edəcək görüşlərdə qlobal və regional mövzular ilə yanaşı, Türk Dünyası və parlament diplomatiyası məsələləri də müzakirə olunacaq.

Həmçinin yoxlayın

Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili …

İrqçi fars rejim Həmədanın “Qarqalan” zirvəsinin adını farscaya təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsinin Əlvənd …