Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

J Street: “İsrail–İran arasında ikinci müharibə mümkündür və daha şiddətli ola bilər”

GADTB: ABŞ-də İsrail tərəfdarı liberal təşkilat kimi tanınan J Street yeni hesabatında İsrail ilə İran arasında ikinci müharibə ehtimalının artdığı barədə xəbərdarlıq edib. Təşkilat bildirir ki, tərəflərin hazırkı vəziyyəti və son aylarda apardıqları hazırlıqlar növbəti qarşıdurmanın əvvəlkindən daha intensiv olacağını göstərir.

Hesabatda qeyd olunur ki, hazırda iki ölkə arasında nə rəsmi razılaşma, nə də atəşkəs mövcuddur. Sakitliyin qorunmasının böyük ölçüdə ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunu yeni hərbi əməliyyatlardan çəkindirə bilməsindən asılı olduğu bildirilir.

J Street-in məlumatına görə, İsraildə bəzi rəsmilər son toqquşmanı “İranla birinci müharibə” kimi qiymətləndirir və hesab edirlər ki, mümkün ikinci mərhələdə hücumların hədəfi daha çox İranın raket proqramı və dövlət strukturları olacaq. / Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …