Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tağır Nəqəvi və Vədud Əsədinin vəziyyəti ilə bağlı narahatlıq: aclıq aksiyası davam edir

GADTB: Cənubi Azərbaycanın siyasi fəalları Tağır Nəqəvi və Vədud Əsədi Tehranın Evin həbsxanasında təcridxanaya köçürülmələrinə baxmayaraq, aclıq aksiyasını davam etdirirlər.

Məlumata əsasən, səhhətində ciddi problemlər olan Tağır Nəqəvi etiraz məqsədilə artıq su və dərman qəbulundan da imtina edib. Bu vəziyyət onun həyatını ciddi təhlükə altına alır və həm ailəsi, həm də hüquq müdafiəçiləri arasında ciddi narahatlıq yaradıb.

Ailəsinin dəfələrlə məhkəmə və prokurorluq orqanlarına müraciət etməsinə baxmayaraq, onların təcili tibbi müdaxilə tələbləri cavabsız qalıb, rəsmi qurumlar isə tam susqunluq nümayiş etdiriblər.

Yaxınlarının bildirdiyinə görə, Nəqəvi tibbi yardıma təcili ehtiyac duyduğu halda, ağır fiziki durumuna rəğmən hələ də təkadamlıq kamerada saxlanılır və bu şərait onun səhhətində geri dönməz fəsadlar yarada bilər.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …