Çərşənbə axşamı , Mart 19 2024
azfa

Kərəmlı necə Kreml oldu?

GADTB: 1367-ci sənənin yanvar ayının 5-də, şaxtalı bir günündə, səhər erkən Şamaxıda əyin-başlarına uzun boz kürklər, qara xəz papaqlar, ayaqlarına qırmızı uzunboğazlar geymiş on suvari və arxalarına hədiyyə tayları yüklənmiş xınayı rəngli üc kövlən at Şirvanşahlar sarayının günçıxan baş darvazasından həyətə girdi. Yolçular Moskva böyük knyazı Dmitri Donskoyun Şeyx İbrahimə (1352-1417) ərzini gətirmiş, taylardakı ərməğan samur dəriləri, məşhur Vladimir kürkləri, şox büllur güldanları və çini qab dəstləriylə hökmdarı şərəfləndirmişdilər. Boyar İ.A.Baratınski kazaklara xas bir cılğınlıqla gətirdiyi namənin məzmunuyla dövlət başçınını bilgiləndirməyə başladı. Şirvanşahlar diyarının ali memarı Əlis Sübhan oğlu Kərəmli Şirvani Moskvaya nəhəng bir inşaat işinə cağrılırdı. Öncə Şeyx İbrahim sevimli sənətkarı buraxmaq istəmirdi, lakin onun şəxsi təhlükəsizliyinə dair yazılı knyaz zəmanətini və memarın öz razılıq ovqatını duyaraq, səfərə xeyir-dua verdi. Memar Əlis Yaxın Doğuda, Azərbaycanda, Qafqazda tanınmışdı. O, Dəməşqin Bağlar bölgəsindəki üç əzəmətli ərəb üslublu dördmərtəbə binanı, Dəclə cayı üzərindəki beştağlı Bağdad körpüsünü, Qırımdakı (Krım) Baxçasaray mülkünü və fəvvarəsini, gürcülərin qədim baş kəndi Mtsxetidə knyaz Dodia sarayını, Təbrizdə Kərim ağa mədrəsəsini, Quzey Azərbaycanın güney batısındakı Dəbil şəhərində Cümə məscidini, Şamaxıda indi də duran köhnəlmiş şəhərə giriş körpüsünü və onlarca odaları yaradan ustaddı. Ərəblər gəlməzdən qabaq memarın Şamaxıdakı doğma göyü Çalbaş sonralar burda məskunlaşmış ərəb sakinləri sarıdan Ərəbçalbaş, gözəl axar-baxarına görə isə həm də Kərəmli adlandırılsa da, sonuncu deyim yaşamaqdaydı.

Elə həmin ayın 10-da rus elciləri və memar Əlis Kərəmli Moskvaya yola düşdülər. Sözü gedən ildə Novruza onca gün qalmış böyük knyaz Dmitri Donskoyla baş memar arasında müqavilə imzalandı. Sənədə görə, işci qüvvəsinə, maliyyə təminatına, ərazi dəyişmələrinə məhdudiyyət qoyulmur, nəzarətlər, göstərişlər və baş memar lahiyəsinə düzəlişlər istisna olunurdu. Bu, dörd ilə təhvil verilməliydi. Moskva çayı və onun qolu Yauza çayının dörd yandan qucduqları adada ic şəhər, onun qüllələrlə, bürclərlə, darvazalarla oymaqlanmış qala divarları tikiləsiydi. Memar öncə dış divarların sürətli lahiyəsini Donskoya təsdiqlədi. Nəhayət, mart ayının 25-də Xeyr xəbərlər (“Blaqiye vesti”), yəni Məryəm ananın Müqəddəs ruh-Allah tərəfindən nütfələnməsi vaxtı, günü tikintinin bünövrəsinə ilk yonma qara daş qoyuldu. İşqala divarı əvvəllər ağac və gilmehrədən inşa edildiyindən, memarın əmriylə sökdürülmüşdü. Memar Əlis Rusiyada ilk kərə malaya çiy yumurtanın ağını qatmaqla hamını heyrətləndirirdi. Bir il ötmüş artıq qala divarları, 5 qüllə və altlarındakı 5 darvaza hasilə gəldi. Moskvalılar ona sadəcə “Keremli” deyir, bu nəhəng tikinti hədəfi dairəsini isə “Keremli sırası” adlandırırdılar. Qüllələrə ad verilərkən, belə mənzərə yarandı. Baş qüllə Spassk(Spas), digərləri Troitsa, Nikola, Borovitsa və …Keremli kimi tarixə düşdü. Beşinci qüllə ustadın etirazına rəğmən, tikintidə və məişətdə onunla məhrəmanə dolanan böyük knyazın bacısı qızı, 16 yaşlı Annanın dayısına yalvarışları soyucunda belə adlanmış, sənədlərdə soydaşımıza ölməzlik gətirmişdi. Sonralar 1555-ci sənədə çar İvan Qroznı paxılcasIna Keremli qülləsini Vodovzvoda çevirdi. Nə olsun ki, son əsrin astanasına kimi moskvalılar, adətən, qülləni, ümumiyyətlə, bütün ünsürləriylə birlikdə abidəni gah “Keremli”, gah da “Kremli”, gah da “Kreml” deyə yad edirdilər. Böyük memar öz lahiyəsinə nəzərən, qapanmış dış divarların həyətində knyazlar sarayı, kilsə, yığıncaq yeri, boyarların və kilsə xadimlərinin evlərini də yaratdı. Yauza çayınacan və Mockva çayının altından keçməklə üç istiqamətdə mülki-hərbi soncar (strateji) dəyəri olan sirli yeraltı yollar qalırdı. 1371-ci ilin qışında divarları yonma daşla örtülmüş yarımdairə kombə şəkilli alt yollar, ustadın dilində tez-tez işlətdiyi, azərtürtcədən gələn “qat kombə” (katakomba) deyilən yeraltı dolambaclar aləmi də başa çatdı. Martın 25-də Xeyir xəbər günü hazır hədəfin açılışı baş verdi. Vaxt ötdü, Suzdalda, Novqorodda, Qazanda, Praqada soydaşlarımızın Kərəmli layihəsilə Kremllər yarandı. Lakin öz gözəlliyi ilə dünyaya səs salmış XIV əsr ölməz memarlıq abidəsi, azərtürk Kərəmlinin soyadına uyğun sənət əsəri kimi Kreml adlandırılan bu mürəkkəb quruluşlu hədəf qərəzlə bizim ilkinliyimizdən oğurlanmışdır. Rus dilçiləri ona “kremnik”, “ drobovets”, yəni “içqala” kimi guya rusca bayağı ünvan tapmışlar. “Kremnik” mənasız səslər yığınığıdır, rus mənşəli deyil, ona görə də cəfəngiyatdır. Yunanlar evin ov və balıq ovu əşyaları saxlanılan guşəsinə “kremnius” deyirlər. Söhbət yalnız Kərəmlidən, Keremlidən, Kremldən və onlardan törəmə söz Kremldən getməlidir!

Elə ki, yayın ilk günündə, Moskva-Smolensk araba yolunun 9 minarında (kilometr) indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında sənətkarımızın vətənə qayıtma-vida məclisi açıldı, sirr boğulsun deyə 1371-ci sənənin iyun ayının 22-də bir kazak xaincəsinə arxadan qılıncla soydaşımızın başını bədənindən ayırdı. Qaş qaralanda oradaca dahi memarımızı torpağa tapşırdılar.

Oqtay Eldəgəz

Həmçinin yoxlayın

Güney Azərbaycanda insan haqları ilə bağlı Cenevrədə aksiya keçirdi

GADTB: Martın 18-də BMT-nin İnsan Haqları Şurasının Cenevrədəki qərargahı qarşısında bir qrup Güney Azərbaycandan olan …

Ərdəbil ən çox işsizi olan əyalətlər siyahısındadır

GADTB: İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, cari ilin mart ayının sonunadək olan dövrdə qadınların …