Çərşənbə , İyun 10 2026
azfa

İran rejimi Ərdəbildə milli fəalı cinayətkarlar və narkomanların bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında cinayətlərin ayrılması prinsipi əməl etmədən azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxini Ərdəbil zindanının 4-cü bölməsinə köçürüb. Həmin bölmə isə “Metadon narkotik maddə istifadəçiləri”nin saxlanıldığı bölmədir.

Azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxini özü bu barədə ailəsilə əlaqə saxladığı zaman məlumat verib.

Azərbaycanlı mədəni fəalın qətl, oğurluq və narkotik istifadəçilərinin saxlanıldığı təhlükəli bölmədə saxlanması nigəranlığına səbəb olub.

Qeyd edək ki, azərbaycanlı fəal Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiyinə görə yaxalanmışdır.

Fəal 2019-cu ilin noyabrın 20-də Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış, 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzasına endirmişdir.

Mehrdad Şeyxi azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi isə hazırda Tehranın Evin zindanının 8-ci bölməsində Beynəlxalq Ana Dili Günü tədbirinə qatıldığı üçün məhkum olunduğu 2 illik həbs cəzasını çəkməkdədir.Mehrdad Şeyxi milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi hal-hazırda Tehranın “Evin” zindanının 8-ci bəndində Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatıldığı üçün məhkum olunduğu 2 illik həbs cəzasını çəkir.

Həmçinin yoxlayın

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata …