GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada senatı ermənipərəstlərin Azərbaycanın qədim diyarı Qarabağ üçün ermənilərə müstəqillik layihəsini rədd edib.
Kanada Senatının ermənipərəst üzvü Leo Housakos Qarabağda qondarma rejimin müstəqilliyinin tanınması ilə bağlı Senatda gözlənilmədən müzakirə açılması və rədd edilməsi ilə bağlı tvitində qeyd edib ki, 36-cı təklif rədd edildi. Bu gün erməni xalqı üçün kədərli bir gündür.
O, erməni xalqının Baş nazir Castin Trüdo tərəfindən tərk edildiyini bildirib.