
GADTB: Xərçəngə səbəb ola bilən və təmizlənməmiş “Kaveh Soda” zavodunun sənaye tullantıları birbaşa Urmiya gölünə axıdılır. Bu təhlükəli kimyəvi maddələr gölün ekosistemini ciddi şəkildə çirkləndirir və bölgənin ətraf mühitinə böyük təhlükə yaradır.
Mövzu ilə bağlı hazırlanan videoçarxda, jurnalistlər Darbəndi və Şəkərlu məsələni araşdıraraq, zavodun tullantı sularını heç bir təmizləmə prosesindən keçirmədən gölə buraxdığını sənədlərlə sübut ediblər. Mütəxəssislər bu vəziyyətin yalnız göl üçün deyil, ətraf kəndlərin su ehtiyatları və insan sağlamlığı üçün də ciddi risk yaratdığını bildirirlər.
Ekoloqlar və yerli əhali məsələ ilə bağlı təcili tədbirlər görülməsini tələb edir.