Cümə axşamı , Oktyabr 22 2026
azfa

Koronavirus təhlükəsinə baxmayaraq azərbaycanlı milli fəal Kiyanuş Aslani zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi məzuniyyəti bitən azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslanini Tehranın Evin zindanına qaytarıb.

Zindanlarda yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq azərbaycanlı fəal iyunun 6-da məzuniyyətinin bitməsilə bağlı yenidən zindana qayıdıb.

Qeyd edək ki, Kiyanuş Aslani martın 11-də  800 milyon tümənlik mülki vəsiqə girov qoymaqla zaminə buraxılmışdı.

Azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda posterlər payladıqları üçün irqçi fars-molla rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Rejimin Tehrandakı İnqilab Məhkəməsi azərbaycanlı fəalları şərləyərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham etmişdir.

Azərbaycanlı fəal Əmir Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum edilib. Kiyanuş Aslani həmçinin 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlarına üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın