Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Koronavirusa görə məzuniyyətə buraxılmış Həmid Mənafi Nadarlı və Behnam Şeyxi zindana qaytarıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusla bağlı məzuniyyətə buraxılmış Həmid Mənafi Nadarlı və Behnam Şeyxi həbs cəzalarının qalan hissəsini çəkmək məqsədilə dekabrın 24-də Tehranın Evin zindanına qaytarılıblar.

Azərbaycanlı vicdan məhbusları noyabrın 29-da rejimin Bəharistandakı Məhkəməsinin qərarları icrası edən İdarəsi tərəfindən koronovirus pandemiyası ilə bağlı fəalları məzuniyyətə göndərilmışdılər.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …

Bir cavab yazın