Cümə axşamı , Oktyabr 22 2026
azfa

Koronavirusla bağlı azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafinin məzuniyyət müddətləri uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusla bağlı azərbaycanlı milli-mədəni fəallar Behnam Şeyxi və Həmid Mənafinin məzuniyyət müddətləri uzadılıb.

Azərbaycanlı fəlların məzuniyyət müddəti 23 noyabrda bitdikdən sonra həbslərini çəkmək üçün Evin zindanına göndərilmışdilər. Lakin koronovirusun təhlükəli səviyyəyə çatması ilə bağlı yenidən bir aylıq məzuniyyətə göndəriliblər.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın