Çərşənbə axşamı , İyun 16 2026
azfa

Koronavirusu əhalinin canına bulaşdıran mollalar və sepah terrorçuları özləri də virusdan ölürlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu sepah və molla rejimi İran adlanan ölkədə əhalini koronavirus bəlasına düçar etdikdən sonra indi özləri də bir-bir koronavirusdan qırılırlar. Artıq çox sayda molla, terrorçu sepah üzvü və rejimin məclisinin üzvü korona virusdan ölüb.

Koronavirusdan ölənlərdən biri İslami Təbliğat Təşkilatına bağlı  “Sədra” İslami Maarif Məktəblər Təşkilatının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri axund Əhməd Xosrəvidir..

Həmçinin 1979-cu il İslam İnqilabının ilk çağlarında Tehrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsində iştirak etmiş İranın keçmiş xarici işlər nazirinin müşaviri Hüseyin Şeyxoleslam martın 5-də virusun səbəb olduğu xəstəlik nəticəsində ölüb.

Şeyxoleslam 1980-ci illərdə xarici işlər nazirinin müavini, daha sonra isə İranın Suriyadakı səfiri, həmçinin xarici işlər nazirinin müavini Məhəmməd Cavad Zərifin müşaviri vəzifələrini icra edib.

Şeyxoleslam eyni zamanda 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edən və 52 amerikalını girov götürmüş, Vaşinqtonun İranla əlaqələrinin kəsməsində rol oynamış tələbələrdən biri olub.

Koronavirus səbəbi ilə Əli Xameneinin müşaviri və Vatikandakı keçmiş elçisi də daxil olmaqla bir sıra digər hökümət rəsmiləri həyatını itirib.

Beynəlxalq İrançünaslıq fondunun rəis müavini Qüdrətulla Əlizadə və Tehranın mollaxanalar şurasının üzvü molla Həbibi də koronavirusdan ölüb.

Eyni zamanda vitse-prezident Masumeh Ebtekar, səhiyyə nazirinin müavini İrac Harirçi və 20-dən çox millət vəkili də daxil olmaqla bir sıra digər rəsmi şəxslər virusa yoluxublar.

Həmçinin İranda fevralın 21-də keçirilmiş Milli Məclis seçkilərində deputat seçilmiş Fatimə Rəhbər də koronavirusdan ölüb. Bundan öncə də bir neçə deputat korona virusdan ölmüşdü.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …

Bir cavab yazın