Çərşənbə , Oktyabr 21 2026
azfa

Koronavirusun tüğyan etməsinə baxmayaraq azərbaycanlı milli fəal Yusif Kari həbsxanaya qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi koronavirusun tüğyan etməsinə baxmayaraq məzuniyyəti bitən azərbaycanlı milli-mədəni fəal Yusif Karini Ərdəbil həbsxanasına geri qaytarıb.

İran zindanlarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq azərbaycanlı fəal Yusif Kari mayın 21-də iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün zindana qayıdıb.

Fəal martın 31-də vəsiqə girov qoymaqla müvəqqəti zaminə buraxılmışdı.

Qeyd edək ki, Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın